ABŞ Musa Kusanın vəzifədən getməsini “çox əhəmiyyətli“ adlandırıb
Liviya xarici işlər naziri Musa Kusa istefa verib. İngiltərə hökuməti bu məlumatı təsdiqləyib və Kusanın Londonda olduğunu bildirib.
Kusaya yaxın qaynaqlar isə qeyd edib ki, nazir Liviya hökumətinin vətəndaşlara qarşı hücumuna etiraz olaraq istefa edib.
ABŞ-ın yüksək səviyyəli səlahiyyətlisi isə Liviyanın XİN başçısının istefasını çox əhəmiyyətli hadisə kimi qiymətləndirib. Adını açıqlamaq istəməyən səlahiyyətli Frans Press agentliyinə deyib ki, bu istefa Qəzzafinin ətrafında olan insanların artıq onun rejiminin dayanıqlığına inanmadığını göstərir.