QOÇ
Xoşagəməz vəziyyətə düşmüsünüz. Yardım edəcəyini söz verən adam vədinə xilaf çıxacaq. Bahalı allış-verişdən uzaq durun, qənaətcil olun.
BUĞA
Çətin gündür. Yaranmış problemlərə düzgün yanaşın. Günün ikinci yarısında dostlardan yardım istıyı bilərsiniz. Onlar sizi rədd etməyəcək.
ƏKIZLƏR
Gün kommersiya işlərində uğur vəd edir. Yaxın adamınızdan bahalı hədiyyə, xoş sürpriz alacağınız ehtimalı da var. Şəxsi müstəvidə pozitiv tendensiiyalar hökmranlıq edəcək.
XƏRÇƏNG
Aldana bilərsiniz. Bu gün sizin etibarınızdan istifadə edənlər az olmayacaq. Bu gün pul borc vermək, yaxud kredit götürmək, böyük məbləğli sövdələşmələrə imza atmaq məsləhət deyil.
ŞIR
Liderlik qabiliyyətinizi nümayiş etdirəcəksiniz. Istənilən tapşırığı yerinə yetirmək üçün ətrafınıza həmfikir toplamaq asan olacaq. Ehtimal ki, romantik macəra da yaşayasınız.
QIZ
Gələcəyə nikbin baxmağa başlayacaqsınız. Mötəbər şəxslərlə iş birliyi qurmaq ehtimalı da var. Ailədə gözlənilməz dəyişiklik ola bilər, siz nə edəcəyinizi bilməyəcəksiniz. Yaxşı olar ki,tələsik qərar verməyəsiniz.
TƏRƏZI
Bu gün böyük məbləğli alş-veriş etmək məsləhət deyil. Bəziləri sizi həyəcanlanmağa vadar edəcək. Münasibətləri pozmaq fikrinə düşəcəksiniz.
ƏQRƏB
Qiymətli informasiya paylaşacaq adamlarla görüşəcəksiniz. Günorta vaxtı fikirlərinizi özünüzə saxlayın. Bu davranışla mənasız söhbətlərdən və mübahisədən yaxa qurtaracaqsınız.
OXATAN
Şəxsi müstəvidə vəziyyət yaxşı olmayacaq. Sevdiyiniz adamın səmimiliyinə şübhə ilə yanaşacaqsınız. Ulduzlar məsləhət görür ki, şübhələr içində qovrulmaqdansa, birbaşa sual verin. Qarşı tərəf doğru cavab verəcək.
OĞLAQ
Bu gün işgüzar danışıqlar aparmaq, sənədləşmə işi ilə məşğul olmaq üçün münasibdir. Həmçinin bu gün alacağınız informasiya faydalı olacaq. Axşam saatlarını yaxınlarınızın ətrafında keçirin.
DOLÇA
Siz hədəfi düz seçməmisiniz. Bu üzdən yanlış yolda olduğunuz üzə çıxacaq. Yaxşı xəbər odur ki, gəliriniz olacaq. Pulun ehtiyacınız olan məqamda gəlişi sizin üçün yerinə düşəcək.
BALIQLAR
Bütün çətinliklərin öhdəsindən gələcəksiniz. Əks cinsin mənsubları ilə ehtiyatlı olun, münaqişə yarana bilər. Bu gün meydana gələn suallar ətrafdakılara çətin gəlsə də siz onların həlli yollarını tez tapacaqsınız.