“Barselona”nın argentinalı ulduzu Lionel Messi dünyanın ən bahalı futbolçusudur. Messinin illik gəliri 31 milyon avrodur. Burada söhbət Messinin həm klubdan aldığı əməkhaqqıdan, həm də reklam çəkilişlərindən qazandığı gəlirdən gedir.
Ikinci pillədə “Real”ın portuqaliyalı ulduzu Kriştiano Ronaldodur. Onun illik qazancı Messidən 3,5 milyon azdır. “Mançester Yunayted”in hücumçusu Ueyn Runi ildə 20,7 milyon avro gəlirlə üçüncü pillədə qərarlaşıb.
Dünyanın an bahalı baş məşqçisi isə “Real”ın çalışdırıcısı Joze Mourinyodu. O, ildə 13,5 milyon avro qazanır.
Sonrakı yerləri “Barselona”nın baş məşqçisi Pep Qvardiola (10,5 milyon) və Rafael Benites (10,2 milyon) tutur.