Vilnüs sammiti ərəfəsində Polad Bülbüloğlunun Kremlə demarşının sirri
“Azərbaycan tərəfi buna hazırdır. Mən bunu rəsmən onlara bildirmişəm ki, əgər Rusiya bu məsələni qaldırsa, Azərbaycan qısa zamanda baxıb qərar verəcək”. Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan və Rusiya arasında viza rejiminin tətbiq olunub-olunmayacağı barədə suala cavab verərkən deyib (APA).
Səfirin Vilnüs sammiti ərəfəsində belə bir açıqlama verməsi təsadüf sayıla bilməz. Məlumat üçün deyək ki, Vilnüs sammitində Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi barədə sazişin imzalanması gözlənilir. Bu barədə Avropa Birliyinin Azərbaycandakı müvəqqəti işlər vəkili Toralf Pils jurnalistlərlə söhbətində bildirib. “Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi barədə saziş yəqin ki, Vilnüs sammitində imzalanacaq. Amma bu sazişin qüvvəyə minməsi üçün readmissiya haqqında sazişin imzalanması da vacibdir”, – deyə müvəqqəti işlər vəkili vurğulayıb.
“Azadlıq”ın əldə etdiyi məlumata görə, Azərbaycanın Avroasiya Ittifaqına daxil olmasına təkid edən Rusiya bundan narahat olub. Və Bakını viza rejimi ilə hədələyib. Polad Bülbüloğlunun açıqlamasından belə aydın olur ki, Bakı bu hədənin qarşısında geri çəkilmək niyyətində deyil.
Azad