Qoç
Bu gün bir xəbərlə rahatlanacaqsınız. Ictimai fəaliyyətinizin son dərəcə hərəkətli olduğu bir gündür. Yaxın qohumlarınız, dostlarınız və uzun zamandır görmədiyiniz yoldaşlarınızla görüşəcəksiniz. Dəvətlərə qatılacaq, özünüzü daha güclü hiss edəcəksiniz.
Buğa
Eviniz və yaxın ətrafınızın, özünüzdən balacaların problemlərilə maraqlanacaqsınız. Yeni yoldaşlar qazancaqsınız. Həyatınızda əhəmiyyətli dəyişikliklər etməyi planlaşdıracaqsınız. Səbirli və qərarlı davranmağa çalışın.
Əkizlər
Bir xəbər üzündən gərginlik keçirə bilərsiniz. Üstəlik bu gərginliyiniz ətrafınıza da siraət edəcək. Ancaq bu vəziyyət keçicidir, sakit olun. Daxilinizdə yüksələn istəkləri əsəbiləşmədən izhar edin. Yaxınlarınızın dəstəyini alacağınız istisna deyil.
Xərçəng
Gələcəyə bağlı son dərəcə müsbət ümidləriniz var. Ani və xoş inkişaflar içində olduğunuzu düşünəcək və bunların üzərində planlar quracaqsınız. Fərqli istəklər və duyğular baş qaldıacaq. Enerjinizi səyahətə çıxaraq və ya idman edərək sərf edəcəksiniz.
Şir
Daha qərarlı və sakit davrana biləcəyiniz bir gündür. Sevdiyiniz şəxslə aranızdakı münasibətə diqqət yetirin. Şübhəli fikirlərdən uzaqlaşmanızda fayda var. Hadisələri daha anlayışlı və sükunətlə qarşılaya bilsəniz, problemlərin öhdəsindən gəlməyi bacaracaqsınız.
Qız
Enerjinizin yüksəldiyi bir gündür. Özünüzə olan inam güclü olduğu üçün əlaqələriniz də daha müsbət itiqamətdə inkişaf edəcək. Planlarınızı dostlarınıza izah edə bilərsiniz. Yeni eşq macəralarına böyük bir istək var. Gərginliyinizə nəzarət edin.
Tərəzi
Sizə çətinlik verən vəziyyətlərin üzərində dayanmayacaq, özünüzü müəyyən şərtləri qəbul etməyə məcbur etməyəcəksiniz. Istəklərinizi açıq deyin. Səbirli hərəkət etməyi bacarın.
Əqrəb
Eşidəcəyiniz xəbərlər üzündən canınız sıxılacaq. Ancaq əhvalınız yüksəlməyə başladığı üçün nikbin baxışla hadisələrə baxacaqsınız. Uzaqlarda olan dostlarınızla əlaqələriniz artacaq. Böyük hədəfləriniz var. Yeni eşq macəralarına böyük bir həvəs və həyəcanla atıla bilərsiniz.
Oxatan
Hisslərinizi hərəkətə keçirəcək bir xəbər ala bilər, gözlənilməz hadisə ilə qarşılaşa bilərsiniz. Istəklərinizi ifadə edərkən bir az sakit olun. Böyük ümidlərin yaradacağı gərginliyi sevgilinizə hiss etdirməyin. Istəklərinizi reallaşdırmanız mümkündür.
Oğlaq
Bu gün dostluq- yoldaşlıq əlaqələrini gücləndirmək üçün uyğun gündür. Şən və gözəl bir gün keçirəcəksiniz. Pulla bağlı çətinlikləri özünüzə dərd etməyəcəksiniz. Sevdiyiniz şəxslə aranızdakı problemləri təhlil etməyə başlayacaqsınız.
Dolça
Qərar vermək sizə çətin gələ bilər. Düşündüklərinizi dilə gətirməkdən çəkinməyin. Gərəksiz mübahisələrə girməkdən və iynələyici davranışlardan uzaq olun. Özünüzə olan inam yüksəkdir. Sevgilinizlə aranızdakı əlaqələrin möhkəm olmasını istəyirsinizsə, anlayışlı davranmalısınız.
Balıqlar
Dostunuzu düşməninizi ayırd edə biləcəyiniz hadisələrlə qarşılaşa bilərsiniz. Düzgün qərar verməklə hərəkətə keçməlisiniz. Yalnız onda istəyinizi reallaşdırmanız mümkün ola bilər.