Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin bukletlərini paylayan ictimai fəal Kəmalə Bənənyarlı saxlanılıb.
Məlumata görə, Kəmalə Bənənyarlı metronun “28 May” stansiyasının yaxınlığında bukletləri paylayarkən saxlanılıb. Ona buklet paylaması ilə yanaşı, banklardan birində və poliklinikada Cəmil Həsənlinin xeyrinə təbliğat aparması irad tutulub. Kəmalə Bənənyarlı isə Cəmil Həsənlinin xeyrinə təbliğat aparmaqla, o cümlədən buklet paylamaqla heç bir qanunsuz iş görmədiyini bildirib və polis bölməsinə getməkdən imtina edib.
Kəmalə Bənənyarlı polis bölməsinə çağırılıb.