İlham Əliyevin “yumurta müşavirəsi”ndən sonra ərzaq məhsullarının qiymətlərinin endirilməsi kampaniyasına başlanıb. Əldə etdiyimiz məlumatlara görə, hökumətin göstərişinə əsasən rayonlarda bu məqsədlə yarmarkalar təşkil edilib.
Lakin hökumət “yarmarka siyasəti” ilə özünü biabır edib. Məsələn, Masallıda 40 il rayon bazarında çalışanlara bildirilib ki, özlərini Quba, Qusar, Xaçmaz, Dəvəçi və başqa rayonlardan gələn fermerlər kimi təqdim etsinlər. Rayondan aldığımız məlumatda deyilir ki, bazarda çalışan sahibkarlardan tələb edilib ki, satdıqları məhsulların toplandığı avtomobillərin üzərində başqa rayonların adı yazılsın. Lakin sahibkarlar bununla razılaşmayıblar. Bildiriblər ki, bu addım alıcıları ələ salmaq deməkdir. Çünki onlar uzun müddətdir ki, bazarda çalışırlar. Alıcılar da onları çox yaxşı tanıyır. Bununla belə, bəzi ticarətçilər bu addımı atmağa məcbur edilib. Məlumatlara görə, digər rayonlarda da yarmarkalar eyni qayda ilə təşkil olunur.
İnformasiya şöbəsi