Rayonda saxtakarlıq istiqamətində gərgin iş gedir
Sabirabad rayonunda seçkiləri saxtalaşdırmağa güclü start verilib. Bu işin başında isə şəxsən icra başçısı Nazim Ismayılovÿ dayanır. Aldığımız məlumata görə, başçı üç gün əvvəl bütün məntəqə sədrlərini toplayaraq onlara qanunsuz göstərişlər verib.
Nazim Ismayılov məntəqə sədrləri ilə görüşdə onları tərəddüdə son qoymağa çağırıb, bildirib ki, istədikləri cür hərəkət edə bilərlər (yəni qutudan Ilham Əliyevə yüksək səs çıxması üçün), onlar heç nədən çəkinib, qorxmasınlar. Başçı bildirib ki Prezident Aparatında ona “seçki kralı” adı veriblər, buna görə hər kəs ona güvənə bilər.
Başçının müşavirəsindən sonra müəllim və həkimlər qarşısında öhdəlik qoyulub. Onlar qeyri-rəsmi onbaşı elan ediliblər. “Iki gündür rayondakı müəllimlər seçkiyə aparacaqları onluqların şəxsiyyət vərəqlərinin göstəricilərini yığıb icra hakimiyyətinə göndərir”, deyə mənbəmiz bildirib.
Hikmət