Qoç
Bu gün alacağınız bir xəbər başınızı yaman qarışdıracaq. Çox düşünmədən reaksiya verə, ani qərarlar qəbul edə bilərsiniz. Iş yoldaşlarınız və qonşularınızla aranızda yaşanan anlaşılmazlıqları böyütməyin.
Buğa
Özünüzü yaxşı hiss edəcək, hadisələri soyuqqanlı və sakit bir şəkildə araşdıracaqsınız. Maliyyə ilə bağlı işlərin nəticələrini görəcəksiniz. Sevdiyiniz şəxsin isti münasibəti əhvalınızı yüksəldəcək.
Əkizlər
Bu gün özünüzü daha güclü və yaxşı hiss edəcəksiniz. Bu səbəbdən də heç cür qərar verə bilmədiyiniz mövzunu təkrar gözdən keçirə bilərsiniz. Yoldaşlarınızla aranızdakı anlaşılmazlıqları təhlil edəcəksiniz.
Xərçəng
Duyğularınız qabarmağa başlayır. Mütləq qərar verməli vəziyyətlə qarşılaşa və qərar verməkdə çətinlik çəkə bilərsiniz. Diqqətinizi məşğul olduğunuz işə yönəldin və xırda məsələlərə əhəmiyyət verməyin. Sakit olmağa çalışın.
Şir
Gərginliyiniz davam etsə belə, özünüzü daha güclü və yaxşı hiss edəcəksiniz. Uzaqlarda olan dostlarınız ziyarətinizə gələ və ya siz onlara gedə bilərsiniz. Yeni istəklərin baş qaldıracağı istisna deyil.
Qız
Sevgilinizlə aranızdakı münasibət istədiyiniz kimi olacaq. Beləcə, işlərinizi daha da həvəslə yerinə yetirəcəksiniz. Xanım yoldaşlarınızın dəstəyini alacağınız da gözlənilir.
Tərəzi
Özünüzü güclü hiss etdiyiniz bir gündür. Bəzi qarışıqlıqlar olsa belə, bunların üzərində dayanmayacaq, diqqətinizi yönəltdiyiniz mövzuda işlərinizi davam etdirəcəksiniz. Ev işlərilə maraqlana bilərsiniz.
Əqrəb
Yoldaşlarınızla aranızdakı əlaqələr yaxşı olacaq. Uğurlu işlər gözlənilir. Çətinlik hiss etdiyiniz problemləri təhlil edib çıxıb yolu tapa bilərsiniz. Gizli eşq macəraları sizi cəlb edəcək. Bu müstəvidə istəyiniz artır.
Oxatan
Uğurlu gündür. Yoldaşlarınız və yaxın ətrafınızın dəstəyini alacaq, fikirlərinizi onlarla paylaşacaqsınız. Ətrafdakılar sizdən razı qalacaq. Qətiyyətli davranacaqsınız.
Oğlaq
Bu gün qarşılaşacağınız bir vəziyyət həm duyğularınızı, həm də başınızı qarışdıracaq. Düşüncələrinizi özünüzə saxlamanızda fayda var. Ayrıca, düşündüklərinizin doğru olub-olmadığını araşdırmadan reaksiya verməyin.
Dolça
Istəklərinizdən qaynaqlanan gərginlik davam etsə belə, daha qərarlı davranmağı bacaracaqsınız. Zehni fəaliyyətinizin yüksəldiyi bir gündür. Intellektual qabiliyyətinizdən səmərəli istifadə edin.
Balıqlar
Pul xərcləyərkən daha diqqətli olun. Gərəksiz xərclərə yol verməyin. Çünki bu üzdən daha sonra çətin vəziyyətdə qala bilərsiniz. Həyatınızı özlüyünüzdə təhlil edərkən, pozitiv düşünün.