“Deyirlər ki, seçki günü gəlin işə, sizə İlham Əliyevin xeyrinə hazır bülletenlər veriləcək, atarsız qutuya”
Azərbaycan hakimiyyəti qarşıdan gələn prezident seçkilərinə ənənəvi üsullarıyla hazırlaşır. “Azadlıq”a daxil olan məlumata görə, hakimiyyət bu dəfə də büdcə təşkilatlarında çalışanları saxtakarlığa cəlb etməklə vəziyyətdən çıxmaq niyyətindədir.
Məlumatda bildirilir ki, xüsusilə müəllim və həkimlərdən topa bülletenləri iqtidar namizədinin xeyrinə qutuya salmaq, seçki günü şagirdlərin valideynlərini məktəbə çağırmaq və s. bu kimi addımlar atmaq tələb edilir.
Bakıda fəaliyyət göstərən polikinikalardan birində çalışan, adının çəkilməsini istəməyən tibb bacısının bildirdiyinə görə, xəstəxana və poliklinikaların baş həkimləri tabeliklərindəki işçilər qarşısında xüsusi tapşırıq qoyub: “Bizim hamımıza tək-tək zəng vurub deyirlər ki, seçki günü gəlin işlədiyiniz poliklinikaya. Orda sizə hazır bülleten veriləcək atarsız qutuya. Bülletenlər də hazırdır. Hamısı da Ilham Əliyevin xeyrinə”.