Böyük Britaniya Suriya müxalifətinə 20 milyon funt sterlinq (31,5 milyon dollar) dəyərində yardım göndərib. “Ria-Novosti”nin verdiyi xəbərə görə, yardımın çoxu gündəlik tələbat üçün vacib olan sutəmizləyən aparat, işıq generatorları, rabitə avadanlığı, gülləkeçirməz jiletlər və s. dən ibarətdir.
Britaniyanın xarici işlər naziri Uilyam Heyq parlamentdə çıxışı zamanı bildirib ki, ayrılan vəsait hərbi məqsədlə deyil, insanların həyatlarını xilas etmək üçündür. O, ölkəsinin Suriyada insan həyatını xilas etmək üçün hümanitar yardım göndərən əsas ölkələrdən biri olduğunu deyib.