Sosial yardımı mənimsənilənlər etiraza qalxdı
Sabirabad rayonu əsəb nöqtəsi olaraq qalmaqda davam edir. Hakimiyyətin anti-korrupsiya şousu çərçivəsində rayonda apardığı yoxlamalar yerli əhalini fəallaşmağa səbəb olub. Rayon Sosial Müdafiə Fondunun hökumətin imkansız ailələrə ayırdığı yardımı mənimsədiyi haqda xəbərlər rəsmiləşən kimi sabirabadlılar aksiyaya başlayıb. Təxminən 50 ailə ötən gün Sosial Müdafiə Fondunun qarşısına toplaşaraq, onlara ayrılmış məbləğin özlərinə qaytarılmasını tələb ediblər.
AXCP Sabirabad şöbəsinin fəalı Sahib Rüstəmov aksiya haqda “Deyerler.org” saytına danışıb. O, deyib ki, aksiyadakılar bir müddət əvvəl sosial yardım almaq üçün müraciət edənlər olub: “ Fonddan onlara deyilib ki, gedin sənədlərinizi hazırlayın. Vətəndaşlar lazım olan sənədləri hazırlayıb fonda təqdim etdikdən bir müddət sonra onlara deyilib ki, sizə yardım düşmür. Amma bu yaxınlarda onların kartları özlərinə qaytarılıb. Məlum olub ki, fondun əməkdaşları onların pullarını mənimsəyiblər. Fondun qarşısına toplaşan insanlar tələb edirlər ki, onların pullarını geri qaytarsınlar. Fondun rəhbəri Baris Mehdizadə insanlarla danışıqlar aparır”.
Natiq
Fevralın sonlarında Saatlı-Sabirabad sakinlərinin keçirdiyi etiraz aksiyasından