Möhtərəmin YAP-in son qurultayinda dediyi “Bunlarin (yəni müxalifətin – E.A.) silahi ”Molotov kokteylidir, söz, fikir deyil” sözlərinin üstündən iki gün keçdikdən sonra rejimin özünün silahlarinin nə olduğu bir daha ortaya çixdi:
– daş, yumurta, dəmir və taxta dəyənəklər.
AXCP-nin Lənkərana gedən rəhbərliyinə qarşi öyrədilmiş adamlari bunlarla silahlandiran Əliyevçi zehniyyətin müxalifətin önünə söz, fikirlə çixdiğini kimsə, nə vaxtsa gördümü indiyədək?
Bu günədək heç gördünüzmü ki, bunlar yazinin, qələmin qarşisina bir dəfə də yazi ilə, qələmlə çixsinlar?
Əvəzində suvuran maşinlarla çixdilar.
Gözyaşardici qazla, rezin güllələrlə çixdilar.
Sümükqiran itlərlə çixdilar.
Dubinka ilə, armaturla çixdilar.
Heroinlə çixdilar. Gizli videolarla çixdilar.
Bəlkə, Elmar Hüseynovu öldürən silahin adi söz, fikir idi?
Bəlkə, bir başqa jurnalistin ayağinin üstündən sürülən də heç maşin deyildi, hansisa qiymətli söz, dəyərli fikir idi?
***
Əslində Ilham Əliyevin “Bunlarin silahi ”Molotov kokteyli”dir, söz, fikir deyil” dedikdən iki gün sonra Lənkəranda bir müxalifət partiyasi rəhbərliyinə daşla, yumurta ilə, dəyənəklə yaşanan hücum bu ölkədə hələ də azad seçki gözləntisi içərisində olan Qərb səfirliklərinə, diplomatlarina ən tutarli cavabdir.
Bilirsiniz ki, hər ağizlarini açdiqda eyni şeyi təkrarlayib dururlar: “Ilham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsinə qarşi deyilik, önəmli olan seçkilərin azad, ədalətli keçirilməsidir”.
Və indi çixib daş, yumurta, dəyənək altinda keçiriləcək bir seçkinin necə azad, ədalətli sayilacağini izah etməlidirlər.
Heç zaman seçki yalniz seçki günündən ibarət deyil.
Seçki yalniz səsvermədən ibarət deyil.
Bir seçkinin azad və ədalətli olmasi üçün, o ölkədə hər kəsin özgürcə danişmaq, toplaşmaq haqqi olmalidir.
Yox, seçkilərə aylar qala bu ölkədə müxalifət müşavirələr keçirmək üçün belə, rayonlara sərbəst, təhlükəsiz getmək imkanindan məhrumdursa…
Müxalifətin, boş verin xalqla, öz üzvləri ilə belə təmas qurmaq imkanlari zoraki təxribatlar, azğin hücumlarla əlindən alinirsa…
Rejimin birinci adami partiyasinin qurultayinda bugünkü aparici müxalif qüvvələrə Azərbaycanin siyasi həyatinda yer olmadiğini açiq-açiq bəyan edirsə, bu ortamda keçiriləcək bir seçki necə azad, necə ədalətli olacaq?
Hətta seçkilərə az qaldiği bir vaxtda belə, repressiyalar dayanmirsa…
Həbslər dayanmirsa…
Əksinə, ölkədə qorxu və xof mühiti hər gün bir az da dərinləşdirilir, gücləndirilirsə, bu şərtlər altinda baş tutacaq bir seçkiyə gün gəlib “azad, ədalətli” deyərkən adamin ağzi əyilməzmi? Göydən yerə daş yağmazmi?
***
Bir də müxalifətin “naftalin iyi” verdiyinə dair dedikləri var möhtərəmin.
Biz, ümumiyyətlə, bu fikri tez-tez eşidirik ki, hazirki müxalifət 20 ildir hakimiyyətə gələ bilmir, ona görə də getməlidir. Guya indikilər köhnəlib, yeniləri gəlməlidir.
Əvvəla, milli iradənin üstünlüyünün olmadiği, normal, bərabər siyasi mübarizə imkanlarinin yox edildiyi bir ölkədə belə dartişmalar qədər komik heç nə ola bilməz.
Sistemə qarşi duruşun məhrumiyyətdən, işgəncədən başqa heç nə vəd etmədiyi ölkədə hələ də meydani tərk etməyənlər sadəcə, alqişa və təşəkkürə layiqdirlər.
Ikincisi, meydana yeni insanlarin gəlişinə hakimiyyətin necə reaksiya verdiyini görürük. Son bir neçə ildə bu ölkənin nə qədər parlaq, işiqli gəncinə həbsxanani göstərdi bunlar. Elə indi dəmir barmaqliqlar ardinda olanlara baxin. Onlar “naftalin iyi” vermirlər, bəs onlar niyə həbs edilir? Bəs onlar niyə sindirilmağa, susdurulmağa çalişilir? Bəs onlarla niyə repressiya dilində danişilir, kin, nifrin püskürülür?
Üçüncüsü: biz müxalifətçi kimi yaşlana da bilərik, müxalifətçi kimi dünyadan gedə də bilərik. Amma sahib olduğumuz bəşəri dəyərlərin heç vaxt qocalmasi, ölməsi, köhnəlməsi mümkün deyil.
Əvəzində baxin, bu gün dünyada səhnəni kimlərin tərk edir – xalqa qarşi gələnlər, azadliq iideallarina qənim kəsilənlər, çağdaşliğa, demokratiyaya nifrət bəsləyənlər!
Dünənləri var, bəlkə, bu günləri də var, amma gələcəkləri yoxdur!