İranda saxlanılan Azərbaycan vətəndaşları ən geci iyunun 6-sı ölkəyə göndəriləcək. Bu barədə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov ANS-ə məlumat verib.
Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ötən gün axşam saatlarında ölkəmizin İrandakı Səfirliyinə təhvil verilib. Hazırda onların vəziyyətinin normal olduğu deyilir.