STEPANAKERT, 1967-CI IL
Yandırılan üç azərbaycanlı və ölüm hökmü dəyişdirilən beş erməni
başlanğıcı ötən saylarımızda
Bakı, 2011-ci il, 24 fevral
Hörmətli oxucu! Biz sizinlə Sumqayıt hadisələrinin yaşandığı günlərin içindəyik. 23 il əvvəl bu günlər Sumqayıtda talanlar baş verdi. Insan qanı töküldü və ermənilərin Qarabağ uğrunda savaşı başladı. Bu hadisəni kimin törətdiyini, kimin sifariş verdiyini, kimin icra etdiyini bir daha xatırlamağa dəyər. SSRI “KQB”-sinin Sumqayıt hadisələrinin törədilməsində öz maraqları vardı. Qorbaçovun demokratiya, islahat adı altında azad elədiyi “cin” öz yerinə qayıtmaq istəmirdi. O qayıtsın deyə, kimisə cəzalandırmaq lazım idi. Ermənilər yenidənqurmadan istifadə edib Qarabağı ələ keçirməyi qarşılarına məqsəd qoymuşdular. Amerika isə Qorbaçovun azad etdiyi “cinləri” yerinə qaytarmasın deyə Mərkəzi Kəşfiyyat Idarəsinin gücü ilə SSRI-nin dağılması planını həyata keçirməyə imkan qazanmışdı. Azərbaycan rəhbərlərinin bir çoxu hakimiyyət iyinə düşüb Kremlin dəhlizlərində sürünür, birinci olmaq üçün dəridən-qabıqdan çıxırdılar.
70-ci illərdə “KQB”-dən partiya, sovet, təsərrüfat işinə gətirilmiş keçmiş müvəkkillər öz “agentlərinə” çağırış elan etmiş və onları Sumqayıtın küçələrində sınaqdan keçirirdilər. Həmin dövrdə yaranan şayiələr, görünməyən vəhşiliklərin qurbanı kimi təqdim olunan adamlar haqqında məlumatlar da bir mərkəzdə hazırlanır, məhz onilliklərlə mövcud olmuş şəbəkə vasitəsilə yayılırdı. Bir daha qeyd edirik ki, nə haqqında ölüm hökmü çıxarılan Əhməd Əhmədovun, nə də müxtəlif müddətə həbs edilən digər sumqayıtlıların bu şəbəkəyə dəxli olmayıb. Sadəcə, onlar axına düşüblər və geri qayıda bilməyiblər. Digər tərəfdən, 1969-cu ilin iyul ayından 1973-cü ilin axırına kimi ölkədə Azərbaycan “KQB”-sinin 2000-ə yaxın əməkdaşı yüksək vəzifəyə gətirilmişdi və onlar kiminsə yaxşılığını hələ də unutmamışdılar. Məhz buna görə də Sumqayıt rəhbərliyi gözləmə mövqeyi tutdu. Bu mövqeyə görə sonradan bir çoxları vəzifə aldılar, deputat oldular. Onlar heç vaxt məbədə gedən yollar haqqında düşünməmişlər, hətta ən müqəddəs hisslərlə oynamışlar. Məsələn, haqqında ölüm hökmü dəyişməyən Əhməd Əhmədov haqqında valideynlərinə yalan məktub yazan Azərbaycan prokurorluğu, baş prokuror Ilyas Ismayılov həmin ailədən gec də olsa üzr istəməlidir…
Vicdanı susmuş ziyalılarımız
Amma onların bir çoxu yaxşı bilirdi ki, 1967-ci ildə Stepanakertin ortasında 3 azərbaycanlını diri-diri yandıran beş erməni haqqında Azərbaycan Ali Məhkəməsinin hökmü dəyişdirilmişdi. 3-5 ildən sonra onların beşi də azadlığa çıxmışdı. Təəssüf ki, nə ziyalılarımız, nə akademiklərimiz, nə də vəzifəli şəxslərimiz bunun üçün bir addım da atmadılar.
Rasim Ağayev, politoloq:
– 1989-cu ildə Moskvaya Sov.IKP MK-nın may plenumuna getmişdik. Bu plenumda Heydər Əliyev də iştirak edirdi. Plenum qurtardı, Əbdürrəhman Vəzirov Şevardnadzenin yanına çıxmağı məsləhət gördü. Bu vaxt liftdən Heydər Əliyev düşdü. Bizə Qarabağla bağlı məsləhətlər verdi, daha ciddi tədbirlər görməyə çağırdı. “Görürsünüz, hər şeyi mənim üstümə atırlar”, – dedi. Mən Heydər Əliyevə 1967-ci il hadisələrini xatırlatdım. Üç azərbaycanlının Stepanakertdə dustaq maşınında yandırıldığını dedim. Bəs onda niyə təsirli tədbirlər görmədiyini soruşdum.
Stepanakert, 1967-ci ilin yayı…
Vilayət məhkəməsinin qarşısına minlərlə adam yığışıb. Içəridə üç azərbaycanlının məhkəməsi gedir. Martuni (indiki Xocavənd rayonu) Kurapatkin kənd məktəbinin direktoru Ərşad Məmmədov və onun qohumu – Ələmşad Məmmədov, Zöhrab Məmmədov mühakimə olunurdular. Ittihamda göstərilirdi ki, Ərşad və onun qohumları kənd yaxınlığındakı meşədə 8 yaşlı Nelson Movsesyanı vəhşicəsinə öldürmüş, sonra bıçaqlamışlar. Erməni mənbələrində bu işi xüsusi xidmət orqanlarının həyata keçirdiyi haqqında çoxlu məlumatlar var. Mənbələrdə bu ölümün millətlərarası münasibətləri ciddi şəkildə gərginləşdirəcəyi üçün edildiyi göstərilir.
1967-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü S.Rəzzaqovun sədrlik etdiyi 114 nömrəli cinayət işinin məhkəmə materiallarından: “Ərşad Daşdəmir oğlu Məmmədov 1920-ci ildə Martuni rayonunun Qaradağlı kəndində anadan olub. Sonradan həmin rayonun Kurapatkin kəndində yaşamış, səkkizillik kənd məktəbinin direktoru olmuşdur. Ali təhsillidir, ailəlidir, 5 övladı var.
Ələmşad Xanlar oğlu Məmmədov 1932-ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuş, Martuni rayonunun Kurapotkin kəndində yaşamışdır. Kolxozda gözətçi işləmişdir. Ailə üzvlərinin sayı 7 nəfərdir.
Zöhrab Süleyman oğlu Məmmədov 1932-ci ildə Martuni rayonunun Kurapotkin kəndində anadan olmuş, tədarük məntəqəsində fəhlə işləmiş, orta təhsillidir, ailə üzvlərinin sayı üç nəfərdir”.
Göstərilir ki, Ərşad Məmmədov guya Benik Movsesyanın 8 yaşlı oğlu Nelsonun tək olduğunu görüb. Onu şəxsi “Moskviç” markalı maşınına götürüb və kolxozun kəndin kənarındakı anbarlarına gətirib. Nelsonu gözətçi işləyən dayısı oğlu Ələmşada verərək öldürməsini təklif edib. Ərşad özü Martuniyə gedib. Ələmşad Məmmədov Nelsonu yaxınlıqdakı çökəkliyə aparmış, guya əvvəlcə boğmuş, sonra bir neçə yerdən bıçaqlamışdır.
Zöhrab Məmmədov isə bu hadisəni görüb xəbər verməməkdə suçlu bilinir.
Istintaq materiallarından qətlin törədilməsinin səbəbləri göstərilmir və sübut olunmur. Hər şeyin qondarma ssenari olduğu üzə çıxır. Nelsonun atası Benikin istintaqa verdiyi ifadələrdə göstərilir ki, onlar mühakimə olunan adamlarla dost olublar.
Axtarış zamanı Ələmşad Məmmədovun iş otağından bir bıçaq tapılır. Məhkəmə tibbi-ekspertizası bu nəticəyə gəlir ki, Nelson bu tipli bıçaqla qətlə yetirilib. Bir də belə bıçaqlar Martunidə rayon mərkəzindəki mağazalarda satılıb.
Şahidlərdən A.Artunyan, S.Tovmasyan, M.Movsesyan ilkin istintaqa və məhkəmədə verdikləri ifadədə göstəriblər ki, Nelson itən axşam onlar anbar tərəfdəki çökəkliyi axtarmaq istəyiblər. Ərşad Məmmədov isə “Buranı gündüz axtarmışıq”, – deyərək onları dərədən uzaqlaşdırmağa çalışıb.
Nelsonun bədənində, paltarında nə Ərşadın, nə də Ələmşadın əl izləri olub.
“Ermənilər başımı divara vurdular”
Vəkil Abram Solomoniç Kaplan (Bakı şəhərindəki 3 saylı hüquq məsləhətxanasında işləyib): “Cinayət işinə əvvəl vilayət məhkəməsi baxırdı. Sonra Azərbaycan SSR Ali Məhkəməsinə verildi. Biz elə ilk iclaslarda gördük ki, məhkəmə zalına tamam başqa adamlar gəlib. Istintaqın pis aparıldığı, hadisələrin araşdırılmadığı barədə vəsatətlər qaldırdıq. Amma məhəl qoyan olmadı. Biz bir iclasda bütün bunlarla bağlı məhkəməyə yazılı vəsatət verdik. Məhkəmə binasından çıxanda bir qrup erməninin bizi izlədiyini gördük. Onlar bizi əhatəyə aldılar. Mənim başımı divara çırpdılar. Və Stepanakerti tərk etməyimiz haqda bizə ultimatum verdilər. Əks təqdirdə yaxınlarımızı məhv eləməklə hədələdilər. Öldürülən Nelsonun atası Movsesyan Benik də onların arasında idi. Mən digər vəkil Əhmədovla birlikdə bizi hədələyənlər barədə hakim S.Rəzzaqova şikayət ərizəsi təqdim etdim. 1967-ci il iyulun 1-də Bakıya qayıtdım. Iyulun 3-də isə hökm oxundu”.
ardı var
Surxay Hüseynli,
Azər Hüseynbala
STEPANAKERT, 1967-CI IL
Əliyevin yalançı təəssübkeşliyi