Qoç
Yaxın ətrafınızdakı insanların qınaqlarından bezəcəksiniz. Ulduzlar bu məsələdə sizi aqressiv olmamağa çağırır. Yeni layihələri reallaşdırmağa yardımçı olacaq müttəfiq tapacaqsınız. Şəxsi münasibətlərdə dəyişiklik gözlənilmir.
Buğa
Gərgin gündür. Ehtimal ki, yaxın vaxtlarda yeni ideyalarınızı reallaşdıracaqsınız. Günün ikinci yarısında daha çox fiziki işlə məşğul olun. Görüş təyin etmək üçün əlverişli gündür.
Əkizlər
Istəmədiyiniz işlə məşğul ola bilərsiniz. Ciddi çətinliklər də istisna deyil. Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər. Istirahət edin.
Xərçəng
Yaxşı olar ki, emosiyalarınıza nəzarət edəsiniz. Şəxsi münasibətlərdə soyuqluq nəzərə çarpacaq. Günün ikinci yarısında tələskənliyə yol verməyin. Axşam saatlarında xəbər eşidəcəyiniz gözlənilir.
Şir
Görüşləri daha əlverişli vaxtadək təxirə salın. Gərgin məqamlarda tələsik qərar verməyin. Problemlərin bəziləri özü-özünə həllini tapacaq. Zahiri görünüşünüz barədə bu gün düşünməyə dəyər.
Qız
Qarışıq gündür. Yaradıcılıqla bağlı işlərdə iirəliləyişlər olacaq. Fitnələrdən uzaq olun. Əks cinsin nümayəndəsilə münasibətlər pozula bilər. Streslərdən yaxa qurtarmaq üçün dincəlin.
Tərəzi
Gözlənilməz şəkildə uğur qazana bilərsiniz. Bu gün yekun qərarlar qəbul etməyin. Ailə üzvlərinə yardım edin. Ehtimal ki, hansısa əlaqələr qırılacaq. Əhvalınız dəyişkən olacaq.
Əqrəb
Bu gün yalnız cari işlərlə məşğul olun. Səhhətinizə də fikir verin. Axşam saatlarında açıq havada gəzişin. Dostlarla ünsiyyətdə xeyir var.
Oxatan
Bu gün fiziki işlə məşğul olsanız, ehtiyatı əldən verməyin, çünki travma almaq ehtimalı yüksəkdir. Gərgin fəaliyyət tələb etməyən işlərlə məşğul olun. Aranızda soyuqluq olan münasibətləri daha da qəlizləşdirməyin.
Oğlaq
Yeni ideyalarınızı açıqlamayın. Bunu, sadəcə rəhbərliyə sürpriz edin. Nəticədə tələblərinizə cavab alacaqsınız. Gərginliklər və xoşagəlməz situasiyalar da tam istisna deyil. Istənilən halda, məsələlərin həlli sizin xeyrinizə olacaq.
Dolça
Qarşılıqlı maraqlarınız olan insanlarla ünsiyyətdə diqqətli olun. Şəxsi istəklərinizi reallaşdırmaq üçün səy göstərirsiniz. Amma ailə üzvlərinin də arzu və təklifləri olduğunu nəzərdən qaçırmayın. Bu cür davranışla ailə üzvlərinizi incik salacaqsınız.
Balıqlar
Səfərlər, gəzintilər üçün əlverişli gündür. Yolda yeni tanışlıqlar istisna olmadığı kimi, xoşagəlməz situasiyaların da baş verəcəyi gözlənilir. Təmkinli olsanız, işlər qaydasında gedəcək. Bu gün qonaq qarşılamaq üçün də münasib zamandır.