10 gündən sonra qəzetin hesabına həbs qoyulacaq
“Azadlıq” qəzetinin bank hesabına yenidən həbs qoyulacaq. Bu, 10 gündən sonra reallaşacaq. Məlumat üçün deyək ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov qəzetimizi məhkəməyə vermişdi.
Şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə məhkəməyə müraciət edən Tağı Əhmədov qəzetdən 30 min manat təzminat tələb edirdi. Məhkəmə Tağı Əhmədovun iddiasını təmin edib.
Yuxarı instansiyalar da qərarı qüvvədə saxlayıb. Beləliklə “Azadlıq” 30 min manat cərimələnib və artıq qərar icraya yönəldilib. Dünən Yasamal rayon Icra Şöbəsindən redaksiyamıza bildiriş daxil olub. Bildirişdə vurğulanır ki, qəzet 10 gün müddətində qərarı icra etməlidir. Bu müddət keçdikdən sonra icra məcburi qaydada təmin ediləcək. Bu isə deməkdir ki, hər dəfə olduğu kimi bu dəfə də qəzetin bank hesabına həbs qoyulacaq.