Vəkil Raqif Mustafayev: «İstintaq 10 günə yekunlaşacaqsa, bu biabırçılıq olacaq. Çünki Elşad Abdullayev hələ dindirilməyib»
Hazırda istintaq altında olan sabiq deputat Gülər Əhmədovanın işiylə bağlı AzNews.az xəbər portalına yeni məlumatlar daxil olub. Məlumatlara görə, istintaq yaxın günlərdə yekunlaşacaq və ona qarşı Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham irəli sürüləcək. Iddia edilir ki, prokurorluğa istintaqı yaxın 10 gün ərzində yekunlaşdırmaq tapşırığı verilib.
Buna görə də istintaq bir neçə gün ərzində yekun qərarı hazırlayıb, aprel ayının 15-nə kimi işin baxılması üçün məhkəməyə göndərəcək.
Gülər Əhmədovanın vəkili Raqif Mustafayev isə “Azadlıq”a bildirib ki, onda bu barədə məlumat yoxdur. “Lakin əgər doğrudan da istintaq 10 günə yekunlaşacaqsa, bu biabırçılıq olacaq. Çünki Elşad Abdullayev hələ dindirilməyib”.
Elşad Abdullayevin vəkili Adil Ismayılov da “Azadlıq”a açıqlamasında istintaqın 10 günə yekunlaşacağı barədə məlumatlı olmadığını deyib.