Bakı-Quba yolundakı, Sumqayıt – H.Z. Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində yerləşən körpü avtomobillərin hərəkəti üçün təhlükəli olduğundan bağlanılıb. Bu barədə Trend-ə hadisə yerində olan şahidlər məlumat verib. Şahidlərin məlumatına görə, Sumqayıt – H.Z. Tağıyev qəsəbəsi yolununn 7-ci kilometrində yerləşən körpüdə avtomobil hərəkəti dayandırılıb. Hal-hazırda “Azəryolservis” ASC-nin mütəxəssisləri körpünü yoxlayırlar.
Körpü Sumqayıt çayı üzərində salınıb.