Mart ayının 25-də günorta radələrində Sumqayıt şəhərində mülki geyimli polislər tərəfindən saxlanılan AXCP Gənclər Komitəsi Sumqayıt şəhər şöbəsinin üzvü Daşqın Məlikovun bir gün sonra, ailəsinə və vəkilinə məlumat verilmədən məhkəməsi keçirilib. Məhkəmə zamanı ona dövlət tərəfindən vəkil verilib. Məhkəmə gənc fəal haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçib. Vəkili Əsabəli Mustafayev “Azadlıq”a açıqlamasında gənc fəalla görüşə bilmədiyini və tezliklə məhkəmənin qərarı ilə bağlı apellasiya şikayəti veriləcəyini deyib. Daşqın Məlikov Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.
***
26.03.2013
AXCP Sumqayıt şöbəsinin gənc üzvü Daşqın Məlikova 234.1 (satış məqsədi olmadan narkotik vasitələrin saxlanması) maddəsi ilə ittiham elan olunub. İttiham üzrə martın 27-də Sumqayıt şəhər məhkəməsində işə baxılacaq.
Xatırladaq ki, D.Məlikov astma xəstəliyindən əziyyət çəkir, ikinci qrup əlildir. Həm də səhhəti ilə əlaqədar olaraq o, heç siqaret də çəkmir.
***
Dünən saat 16:00 da, AXCP-nin Sumqayıt rayon şöbəsinin gənc üzvü Daşqın Məlikov həbs olunub.
AXCP GK-nın Sumqayıt rayon şöbəsinin Sədri Elşən Ağayev bildirib ki, “2008-ci ildə Daşqın Məlikovun qardaşının toyunda 200 manat saxta pul yazılıb.Pulun saxta olduğunu biləndən sonra polisə müraciət olunub. Ancaq polis heç bir tədbir görməyib, pulu geri qaytarıb.Bu işin üstündən bir-neçə il keçsə də Daşqın pulu özündə saxlayırmış.Ayın 25-də isə Daşqın “Facebook”da dostlarıilə görüş təyin edib. Görüş zamanı isə Daşqının saxta pul ittihamı ilə həbs ediblər”.
AXCP GK sədri Əbülfəz Qurbanlı bu həbsin siyasi sifariş olduğunu deyib. Onun fikrincə, məqsəd ənənəvi olaraq gəncləri qorxutmaq, fəallıqdan çəkindirməkdir. Qurbanlı hesab edir ki, hakimiyyət bu məqsədinə çatmayacaq. “Daşqınlar bu ölkədə az deyil”, deyə o bildirib.
AXCP Ali Məclisinin üzvü Elçin Həsənov isə “Avropa.info saytına açıqlamasında bildirib ki, Daşqın Məlikova saxta pul kəsmək ittihamı irəli sürülüb. E.Həsənov Daşqın Məlikovun saxlaılmasının Facebook-dakı fəallığı ilə əlaqadar olduğunu deyib..
Daşqın Məlikov hal-hazırda Sumqayıt Şəhər Baş Polis idarəsində saxlanılır. Qeyd edək ki, Daşqın Məlikov astma xəstəliyindən əziyyət çəkir.