Ermənistanın “İrs” partiyasının lideri Raffi Ovanisyanın tərəfdarları fasiləsiz mitinqlər qərarı verərək, meydanı tərk etməyə hazırlaşmır. Etirazçılar mitinqləri daha bir neçə gün davam etdirmək niyyətindədirlər. Paytaxt rəhbərliynin qadağasına baxmayaraq, etirazçılar ayın 23-dən fevralın 25-dək Azadlıq meydanında mitinqlər keçirməkdə qərarlıdırlar. Bu barədə açıqlama verən “İrs” partiyanın sədr müavini Armen Martirosyan ölkə konstitusiyasının onlara bu icazəni verdiyini vurğulayıb.
Bu arada Raffi Ovanisyanın prezident Serj Sarkisyanla danışıqlarının Birləşmiş Ştatları qane etmədiyi üzə çıxıb. Ermənistan KIV-i bu görüşün ölkədəki ABŞ səfrliyinin istədiyi kimi nəticələnməməsi barədə məlumat yayıb. “Joxovurd” qəzetinin məlumatına görə, Serj Sarkisyan siyasi rəqibinə baş nazir postunu verməkdən imtina edib.