Rusiyada müxalif siyasətçi Aleksey Navalnının Arktikada həbsxanada ölümünü ailəsi və həmkarları təsdiqləyib və cəsədini tələb edib. Ancaq rəsmilər bundan imtina edərək onun ailəsinə və anasına deyiblər ki, ölümün səbəbləri üzrə “təhqiqat” gələn həftə yekunlaşacaq.
“Alekseyin vəkili və anası Salexardda morqa gediblər”, — Navalnının sözçüsü Kira Yarmış X platformasında yazıb. Salexard Navalnının cəza çəkdiyi koloniyanın yerləşdiyi Yamalo-Nenets vilayətinin paytaxtıdır.
“Morq bağlıdır. Ancaq koloniyada onu əmin ediblər ki, ora işləyir, Navalnının cəsədi ordadır. Vəkil qapının üstündəki telefon nömrəsinə zəng edib. Ona deyiblər ki, vəkil bu gün zəng edən yeddinci şəxsdir. Alekseyin cəsədi morqda deyil”, — Yarmış yazıb.
Yarmış onu da yazıb ki, vəkillərə yoxlamanın bitdiyini, cinayət izi aşkarlanmadığını deyiblər: “Onlar hər dəfə yalan danışırlar”.
“İndi isə İstintaq Komitəsi bildirir ki, yoxlama başa çatanadək. Alekseyin cəsədi qohumlarına verilməyəcək”.
Azadlıq radiosu