Bakıda sexdə yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb, Avropa Şurasının baş katibi başsağlığı verib

FHN: Dağıntılar altından daha bir nəfərin cəsədi çıxarılıb, ölü sayı 7-ə çatıb

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar yaranan dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri daha bir nəfərin cəsədini çıxarıblar.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir

***

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç X platformasında Bakıda yanvarın 15-də baş vermiş partlayış və yanğının qurbanlarının doğmalarına, habelə Azərbaycan hakimiyyətinə başsağlığı verib:

“Bugün Bakıda baş vermiş partlayışdan kədərlənmişəm. Duyğularımı qurbanlara, onların doğmalarına və Azərbaycan hakimiyyətinə yetirirəm”.

Azadlıq radiosu