Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Janna Kavelye ilə müsahibədə Azərbaycanda son on gündə beş jurnalistin saxlanılmasının səbəblərini, beynəlxalq ictimaiyyətin onların sərbəst buraxılmasını təmin etmək üçün ata biləcəyi addımları şərh edib.
Son həbslərə reaskiyanız nədir?
Mən indicə Abzas Mediada işləyən başqa bir jurnalist – Nərgiz Absalamovanın həbsi barədə eşitdim. Bu, son 10 gündə saxlanılan 5-ci jurnalistdir. Sərhədsiz Reportyorlar onların dərhal sərbəst buraxılmasına çağırır. Məqalələrində ifşa etdikləri korrupsioner elitanın yerinə jurnalistlər həbs olunur. Bizim, hakimiyyətin Abzas mediasını sıxışdırmaq və ölkədə qalan hər bir müstəqil medianı qorxutmaq üçün bəhanə tapdığını söyləməyə əsaslarımız var.
Sizcə, həbslərin qəfil artmasının səbəbi nədir?
Mən səbəbin nə olduğunu dəqiq bilmirəm, amma əminəm ki, ABŞ Konqresinin onların tutduğu istiqaməti tənqid etməsini Azərbaycan rəsmilərinin xoşuna gəlməyib.
Jurnalistlərə qarşı irəli sürülən ittihamlarla bağlı nə deyə bilərsiniz?
Çox güman ki, Abzas medianın indi hədəf alınması ona görədir ki, onlar media qanunun əleyhinə çıxış edirdilər. Bu media qanunu bizim üçün və Venesiya Komissiyası üçün çox problematik idi. O, ölkədə mətbuat azadlığını məhdud edir. Qanun müstəqil medianın fəaliyyətini qadağan edir. Venesiya Komissiyası 2022-ci ilin iyununda qanun əleyhinə rəy verib. Onların rəyi dərc olunandan sonra heç bir tövsiyyə icra olunmayıb. Faktiki olaraq, Azərbaycanda yerli şərait ölkədəki heç bir redaksiyaya şəffaf fəaliyyət göstərməyə imkan vermir.
Sizcə, beynəlxalq ictimaiyyət onların sərbəst buraxılmasını təmin etmək üçün nə edə bilər?
Beynəlxalq ictimaiyyət Azərbaycanda artan repressiyaya sərt reaksiya verməlidir. Bu məsələ diplomatik müstəvidə qaldırılmalıdır.