«Binə»də ticarətçilərin aksiyasına görə yarmarka sahibi ittiham edildi
“Binə” və “Sədərək” ticarət mərkəzlərinin sahibləri bu il ərzində hər iki mərkəzdə işləyən sahibkarlardan vergi tutulması ilə bağlı bütün məsələləri həll etməlidirlər. Trend-in məlumatına görə, bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov mətbuat konfransında deyib.
“Ötən il bu ticarət mərkəzlərinin sahibləri ilə görüşlər keçirdik və onlara bu məsələlərin həll edilməsi üçün daha bir il verdik. Orada işləyən bəzi sahibkarlar hesab edirlər ki, onların ödəməli olduqları vergilər obyektin icarə dəyərinə daxildir. Bu, qanunsuzdur və daha çox sahibkarların günahıdır. Sahibkarlar onlara vergiqoyma məsələlərini yaxşı izah etməyiblər”, – Əmirov qeyd edib.
Onun sözlərinə görə, bu ticarət mərkəzlərində kassa aparatlarının quraşdırılmasına ötən il başlanıb, mərkəzlərin ərazisində nazirliyin servis məntəqələri işləyir.
Nazir müavini qeyd edib ki, 2013-cü ildə bütün topdansatış məntəqələrində kassa aparatlarının quraşdırılması prosesi başa çatacaq.
“Bu, siyasi aksiya deyil, əmək münaqişəsidir və çox ciddi münaqişədir. Xırda sahibkar cəmiyyətin əsasını təşkil edir. Təəssüf edirəm ki, ”Binə” Ticarət Mərkəzinin sahibkarı icarədarlarla dil tapa bilməyib”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə “Binə” Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarların keçirdiyi aksiyaya ilə bağlı facebbok səhifəsində münasibət bildirərkən yazıb. Millət vəkili fikrini belə davam etdirib: “Bu baxımdan, hesab edirəm ki, əmək münaqişəsinin səbəbkarı ticarət mərkəzinin rəhbərliyidir. Məsələni bu həddə çatdırmamalıydı. Bu hadisə ictimaiyyətin diqqətindən kənarda qala bilməz”.
Həm Natiq Əmirov, həm də deputat Aydın Mirzəzadə “Binə”də ticarətçilərin etiraz aksiyasına görə yarmarkanın sahibi Kəbirə Məmmədovanı ittiham etməsi baş verənlərin hakimiyyətdə ciddi narahatlıq doğurduğunu və hökumətin Kəbirə Məmmədovanın indiki həssas dönəmdə icarədarların nazalığını pik hədd çatdırmasından hiddətləndiyini göstərir. Ehtimal etmək olar ki, prosesin sonu Kəbirə Məmmədova üçün də yaxşı sonluqla bitməyəcək.