Mayın 30-da səhər saatlarında ukraynalılar Moskvaya döyüş dronları ilə kütləvi hava zərbələri endirib. Müxtəlif mənbələrin məlumatına görə, hücumda 10-dan 30-a qədər dron iştirak edib.
Moskva meri Sobyaninin sözlərinə görə, bir neçə yaşayış binasına ziyan dəyib, bir neçə nəfər yaralanıb.
Moskva vilayətindəki obyektlər də hücuma məruz qalıb.
Rusiya Müdafiə Nazirliyi dronların əksəriyyətinin məhv edildiyi haqqında məlumat yayıb.
Bu, Rusiyanın Ukraynaya qarşı təcavüzünün başlanğıcından etibarən Moskvaya ilk kütləvi hücumdur.
Dünən Ukrayna kəşfiyyatının rəhbəri Kiril Budanov Rusiyanın son günlər Kiyevə endirdiyi kütləvi hava zərbələrinə görə peşman olacağı barədə xəbərdarlıq edib.
Göründüyü qədər, Moskvaya bugünki hücum hələ ilk qaranquşdur.
Contact.az