Yanvarın 18-də Bakının Xətai Rayon Məhkəməsi müdafiə tərəfinin ictimai fəal Bəxtiyar Hacıyevin əmlak girovu müqabilində azadlığa buraxılması haqqında vəsatətini təmin etməyib. Bu barədə Turan-a hüquq müdafiəçisi Rüfət Səfərov bildirib.
Müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir.
* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə azadlıqdan məhrum edib.
Dekabrın 15-də Hacıyev həbsdən azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də axşam o, aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi həbsi ilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra Hacıyev aclığı bərpa edib və hələ də aksiyanı davam etdirir.
Contact.az