Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən video görüntülərinə görə deputat mandatından məhrum edilən Gülər Əhmədovanın adı parlamentin saytında hələ də qalır. Moderator.az-ın Milli Məclisin www.meclis.gov.az saytına istinadən verdiyi xəbərə görə, Gülər Əhmədovanın adı parlamentin İntizam Komitəsinin üzvü kimi göstərilir. Komitənin sədri Siyavuş Novruzovdan sonra sabiq deputatın adı birinci gəlir.