Polis siyasi məhbusun həyat yoldaşını ruhi xəstəxanaya yerləşdirməklə təhdid edir


ENRU  2022   2021   2020   2019   2018   2017   2016   2015   2014   2013   2012   2011   2010   2009   2008   2007   2006   2005   2004   2003   2002   2001   2000   1999   1998   1997   1996   1995   1994   1993   1992   1991         HƏR YERDƏ AXTAR     Siyasət     İqtisadiyyat     Maliyyə     Enerqetika     Analitika     İcmallar (Bazarların icmalı, İqtisadiyyat icmalı, Siyasi monitorinqi)     Mövqe (Müsahibə, Deməyə sözüm var, ÇƏTİN SUAL, Tanımalı Azərilər)     Cəmiyyət (Cəmiyyət, Mədəniyyət, Dünyada)     Multimedia (Foto sessiyalar, Aktual reportaj, Tanimali Azərilər)      VƏ     YA     İFADƏ Search

https://www.turan.az
Subscribe to © Turan News Agency by Email
We are on the TWITTER
We are on the FACEBOOK
We are on the TELEGRAM
We are on the YOUTUBE
We are on the INSTAGRAM
Our email
Send link by Whatsapp
Send link by Viber
Send link by Telegram
Send link by LINE
Send link by Skype
Send link by Facebook messenger
Copy link

Aqil Hümbətov müxalifət mitinqində. ArxivAqil Hümbətov müxalifət mitinqində. Arxiv

Polis siyasi məhbusun həyat yoldaşını ruhi xəstəxanaya yerləşdirməklə təhdid edir

Cəmiyyət 
2022 Dekabr 03 ( Şənbə )  13:08:15

English Русский 

DinləDinlə

Bakı/03.12.22/Turan: Siyasi məhbus Aqil Hümbətovun həyat yoldaşı Turan-a müraciət edərək, Bakı Şəhər Polis İdarəsindən təhdid aldığını bildirib.

“Bazar ertəsi, noyabrın 28-də (2022) Bakının Zirə qəsəbəsindəki evimdən çıxıb Ali Məhkəmədə həyat yoldaşımın işinin ədalətli araşdırılması tələbi ilə etiraz aksiyası keçirməyə gedəcəkdim. Günorta saat 11-də evimin qarşısında iki polis maşını gördüm. Məni zorla onlardan birinə mindirdilər və Bakı Şəhər Polis İdarəsinə apardılar. Orada zabit Tərxan Əliyev mənimlə nəzakətlə söhbət edərək, həyat yoldaşımın işinə baxılması və üç övladımıza sosial yardım haqqında tələblərimin yerinə yetiriləcəyini vəd edib. O, etiraz aksiyaları keçirməyə son qoymağı xahiş edib. Adını bilmədiyim digər zabit isə kobud danışır, iki azyaşlı uşağı evdə qoyub Bakıda getdiyim üçün mənim pis ana olduğumu, buna görə polisin məni dəli elan edəcəyini, ruhi xəstəxanaya yerləşdirəcəyini, uşaqları isə uşaq evinə göndərəcəyini deyirdi”.

“Mənə xəbərdarlıq etdilər ki, bir daha etiraz aksiyası keçirsəm polisin təhdidi həyata keçiriləcək”, deyə o bildirib.

Aygün Hümbətovanın sözlərinə görə, o, həqiqətən altı və 3,5 yaşlı iki uşağı evdə qoymaq məcburiyyətindədir, çünki böyük, on yaşındakı oğlu ilə Bakıya həkimə gedir. Evdə qalan uşaqlara baxacaq adam yoxdur.

Böyük oğlan autizm xəstəsidir. Ailə xəstə uşaq üçün 280 manat müavinət alır və Azərbaycan Xalq Cəbhəsi Partiyası kömək edir. Taksiyə verəcək pulu yoxdur, Bakıya gedərkən də, qayıdarkən də, o, xəstə oğlu ilə üç avtobus dəyişdirir.

Aygün Hümbətova hakimiyyəti ərini təqsirsiz olduğu halda adam öldürməyə cəhd ittihamı ilə həbs etməkdə ittiham edir və onun faktiki olaraq müxalifətin mitinqlərində fəal iştirakına görə cəzalandırıldığını hesab edir.

Həyat yoldaşı metal qırıntıları yığıb satmaqla ailəni dolandıran yeganə insan idi. Aygün və üç uşağı yarıac-yarıtox yaşamağa məcburdur, hələ həbsdə olan həyat yoldaşına ərzaq bağlaması da göndərməlidir.

Hümbətovanın tələbləri Ali Məhkəmədə həyat yoldaşının işinə ədalətli baxılmasından, bir deyil, üç övladı üçün sosial yardımın təmin edilməsindən, onlara uşaqlara baxmağa kömək üçün sosial işçi xidməti göstərilməsindən, uşaqlara pulsuz loqoped yardımından və Aqil Hümbətovun Penitensiar Xidmətin klinikasında müalicə olunmasından ibarətdir. Həbsdə olan Hümbətov xəstədir, həyat yoldaşı hesab edir ki, Penitensiar Xidmətdə Hümbətov lazımi tibbi yardımla təmin edilmir.

“Polis məni necə təhdid edirsə etsin, mən həyat yoldaşım və uşaqlarım üçün sonuna qədər mübarizə edəcəyəm. Onların təhdidləri məni qorxutmur. Jurnalistlərdən dediklərimi yaymağı xahiş edirəm, ümidim cəmiyyətin köməyinədir. Aqil Hümbətov təqsirsizdir, onun övladları acından ölməməlidir”, deyə siyasi məhbusun həyat yoldaşı bildirib.

2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətovu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla sağlamlığa qəsdən ağır zərər vurmağa (AR CM-in 126.2.4-cü maddəsi, 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur) görə həbs edilib. Hümbətov əvvəlcə özünü təqsirli bilib, amma sonradan, istintaq zamanı o, münaqişədə iştirak etmədiyini, dalaşmadığını və bıçaqla xəsarət yetirmədiyini, saxta cinayət işinin müxalif fəaliyyətinə görə onu cəzalandırmaq məqsədi daşıdığını bildirib. Hümbətov ilkin ifadələrindən imtina edib, onları işgəncə altında verdiyini bildirib.

Aqil Hümbətov ötən il avqustun 11-də saxlanılıb və Zirə qəsəbəsinin sakini Yəmən Məmmədova bıçaq xəsarəti yetirməkdə ittiham olunub.

DİN Hümbətovanın təhdidlər haqqında bəyanatını inkar edir. DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turan-a bildirib ki, Hümbətova dəfələrlə həqiqətə uyğun olmayan bəyanatlar verib.

“Polis vətəndaşların analıq hüququndan məhrum edilməsi və ruhi xəstəxanalara yerləşdirilməsi ilə məşğul olmur”, deyə DİN nümayəndəsi əlavə edib.

Contact.az