Avstraliyanın xarici işlər naziri Bob Karr yanvarın 10-da bəyanat yayaraq ölkəsinin İrana yeni sanksiyalar qoyduğunu bildirib.
“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir ki, sanksiyalar İranın maliyyə, energetika, ticarət və nəqliyyat sahələrini əhatə edir: “Məqsəd İrana beynəlxalq təzyiqi gücləndirməkdir. İran nüvə fəaliyyəti ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməli, nüvə məsələsindəki ixtilafın həlli üçün ciddi danışıqlara başlamalıdır”.