ABŞ bildirib ki, Polşada partlayışa görə Rusiya tam məsuliyyət daşıyır

Cümə axşamı Vaşinqton bildirib ki, Polşada baş verən ölümcül partlayışa görə Rusiya tam məsuliyyət daşıyır. İlkin araşdırma Ukrayna hava hücumundan müdafiə sistemini göstərib, Turan-ın Vaşinqton müxbiri məlumat verib.

“Onun yekun nəticəsi nə olursa olsun, biz artıq bilirik ki bu faciəli hadisəyə görə , Rusiya məsuliyyət daşıyır”, – Blinken ukraynalı həmkarı Dmitri Kuleba ilə danışandan sonra jurnalistlərə deyib.

“Dövlət katibi bildirib ki, Rusiya Ukraynaya qarşı müharibəyə görə tam məsuliyyət daşıyır və Ukraynanın öz vətəndaşlarını və suveren ərazisini hücumdan qorumaq üçün toxunulmaz hüququ var”, – Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays telefon söhbətini şərh edərkən deyib.

“Hər gün biz Rusiyanın Ukraynanı raket yağışına tutduğunu görürük, Ukraynanı elektrik enerjisindən, istilikdən məhrum etmək, sadəcə, bu ölkəyə yaşamağa imkan verməmək üçün onun mühüm infrastrukturunu dağıtmağa çalışır”, – Blinken reportyorlara deyib.

“Ukraynanın özünümüdafiə hüququ var və biz Ukraynanı dəstəkləməyə çalışırıq”, – o vurğulayıb və işarə edib ki, Vaşinqton Ukrayna ilə sərhəddə partlayışın Ukrayna hava hücumundan müdafiə raketinin düşməsi nəticəsində baş verməsilə bağlı Polşanın  ilkin qiymətləndirməsilə razıldır.

Contact.az