“Onu yoxlayan yol polisinin dediyinə görə, maşının sahibi çox sakit olub, şübhə yaratmayıb və bütün sənədləri göstərib. Qoşqu tam dolu olub. Amma maşın xüsusu cihazlarla yoxlanmayıb”-“Mash” teleqaram kanalı yazır.
Partlayışla bağlı müxtəlif ehtimallar səsləndirilir. Krım parlamentinin rəhbəri deyir körpüyə “ukrayna vandalları” ziyan vurub. Krım dəmir yolu idarəsi isə bildirir ki, qatarın arxasındakı yanacaq çənində yanğın olub…
İlkin məlumatlara görə, körpüdəki partlayışda azı 3 nəfər həlak olub. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
İdarənin məlumatına görə, partladılmış yük maşınının yanında olan minik avtomobilinin sərnişinləri həlak olublar. Məlumatda həlak olan iki nəfərin cəsədinin sudan çıxarıldığı vurğulanır və qeyd olunur ki, onlardan biri kişi, digəri isə qadındır.
Məlumatda körpünün partladılmasında istifadə edildiyi iddia olunan yük maşını və onun sahibinin də müəyyən edildiyi bildirilir. Qeyd olunur ki, həmin şəxs Rusiyanın Krasnodar diyarındandır. Onun yaşadığı yerdə araşdırmaların aparıldığı bildirilir. “Mash” teleqram kanalı avtomobilin Krasnodardan olan Boris Yusubov adlı bir nəfərin adına qeydiyyatda olduğunu yazır. Quhumları isə maşının başqa adama satıldığını , həmin şəxsin isə hələ maşını öz adına sənədləşdirmədiyini deyiblər.
“Qohumlarının dediyinə görə, o, avtomobili satıb, lakin yeni sahibi avtomobili hələ öz adına rəsmiləşdirməyib”, – Telegram kanalında deyilir. “Mash” həmçinin Krım körpüsündə partladıldığı iddia edilən yük maşınının videosunu yayıb.
“Onu yoxlayan yol polisinin dediyinə görə, maşının sahibi çox sakit olub, şübhə yaratmayıb və bütün sənədləri göstərib. Qoşqu tam dolu olub. Amma maşın xüsusu cihazlarla yoxlanmayıb”-“Mash” teleqaram kanalı yazır.
Azadlıq radiosu