Fövqəladə Hallar Nazirliyi (FHN) avqustun 4-də Xırdalan şəhərində yerləşən beşmərtəbəli bınalardan birinin üçüncü mərtəbəsində baş verən partlayışla bağlı növbəti məlumat yayıb.
Məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, partlayış ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib:
“Hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.”
Açıqlamada araşdırmaların davam etdiyi vurğulanır.
Xırdalanda binada partlayış olub
Avqustun 4-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli binalardan birinin üçüncü mərtəbəsində partlayış baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) də bildirilib ki, partlayışla əlaqədar Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.
Contact.az