Senator Ukraynaya 40 milyard dollarlıq yardımı ləngidir
Mayın 12-də ABŞ Senatındakı demokrat və respublikaçı millət vəkilləri nadir hallarda görünən yekdilliklə Ukraynaya 40 milyard dollarlıq yardım paketi qərarını səsvermədən keçirmək istəsələr də, buna son anda respublikaçı senator Rend Pol mane olub. Senator Pol gileylənib ki, bu, bir ayın ərzində Ukrayna üçün ikinci böyük yardım paketidir və Konqres “elə hey pul xərcləyir”.
Azadlıq radiosu