Sumi rayonunun yer-hava raketləri ilə atəşə tutulduğu bildirilir
Rayon administrasiyanın rəhbəri Dmitri Jivitskinin sözlərinə görə, Rusiya aviasiyası Sumi vilayətinə yer-hava tipli raketlər atıb. Onun sözlərinə görə, Miropol və Xotin icmalarının ərazisi zərər çəkib. Atışma nəticəsində Ukrayna sərhəd xidmətinin bir hərbçisi yaralanıb.
Müharibə şəraitində rəsmi qurum nümayəndələrinin açıqladığı bu kimi məlumatları yoxlamaq çətindir.
Mayın 7-də Odessa vilayətinə dörd qanadlı raket atılıb. Məlumata görə, xəsarət alan olmayıb. Bildirilir ki, məlumat “Cənub” əməliyyat komandanlığında da təsdiqlənib.
ABŞ-dan Ukraynaya 150 milyon dollarlıq yeni hərbi yardım
Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib. Bu sənədə görə, Ukraynaya artilleriya sursatları, radarlar və digər texnikalar göndəriləcək. Pentaqonun məlumatına görə, hərbi yardımın məbləği 150 milyon dollar təşkil edəcək.
Bayden, Konqresi tələb olunan maliyyəni dərhal təmin etməyə çağırıb. Rusiyanın Ukraynaya müharibəyə başlamasından bəri ABŞ-ın Kiyevə hərbi yardımının ümumi məbləği təxminən 3,8 milyard dollar təşkil edib.
Rusiyada “Za мясом” adlı mağazanın adı dəyişdirilir…
Rusiyanın Novorossiysk bölgəsində “Za мясом” adlı ərzaq mağazası yerli sakinlər arasında müzakirələrə səbbə olub. “Naş Novorossiysk” qəzeti qəzəblilərin bəyanatlarından sitat gətirir:
“Qəhrəmanlarımız bu anlarda həyatlarını riskə atırlar, bu nə iyrənc qeyri-müəyyənlikdir? Buna kim icazə verdi? “Ukraynanın denazifikasiyası əməliyyatı ilə əlaqədar bu yazı təhqiramiz və xaindir! Bax, xəyanət və faşizm “xırda şeylərdə” belə görünür.
Məlumatda o da vurğulanır ki, mağaza bu adı müharibədən çox əvvəl alıb, lakin bu, tənqidçiləri dayandırmayıb. İndi Novorossiysk meriyası mağaza sahibinə lövhənin dəyişdirilməsi barədə göstəriş verib.
Azadlıq radiosu