Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Qərb Moskvaya ağır iqtisadi sanksiyalar tətbiq edib.
Ukrayna müharibəsi Avropada demoqrafiyanı necə dəyişir
Avropanın bəzi ölkələri Rusiyanın Ukraynaya hücumunun səbəb olduğu immiqrant axınından faydalana bilər. Bu haqda “The Economist” yazır. Dərgi qeyd edir ki, müharibədən öncə avropalıların çoxu regionun yaşlanmasından, ölümün doğumu üstələməsindən narahat idilər. Ukraynada müharibə başlayandan əsasən qadınlar və uşaqlar olmaqla 5.3 milyon ukraynalı Qərbə qaçıb. Polşa onların yarıdan çoxunu qəbul edib. Paytaxt Varşavanın əhalisi bir neçə həftəyə 17 faiz artıb.
Rusiyanın ‘Cənubi Rus’ planı
Rusiya hakim partiyasının aparıcı rəsmilərinin hazırladığı sənəddə Ukraynada işğal olunmuş bəzi vilayətlərdə “Cənubi Rus” adlı yeni dövlətin yaradılması çağırışı yer alıb. AzadlıqRadiosunun əldə etdiyi sənəd layihəsi “Cənubi Rusiya Xalq Şurasının Manifesti” adlanır, 16 aprel tarixlidir. Ancaq bu sənəddə “Cənubi Rus”un işğalda olan konkret hansı əraziləri əhatələyəcəyi açıqlanmır.
Ukrayna dəniz limanlarını rəsmən bağlayır
Ukrayna dörd dəniz limanı Rusiyanın əlinə keçəndən sonra onları müvəqqəti bağladığını elan edib. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi mayın 2-də bildirib ki, Berdyansk, Mariupol, Skadovk və Xerson limanları Ukrayna onlara nəzarəti bərpa edənəcən qapalı qalacaq. Prezident Vladimir Zelenski mayın 2-də bildirib ki, Rusiyanı Qara dənizdəki daşıma yollarına nəzarət etməsindən dolayı Ukrayna on milyonlarla ton buğda itirə bilər.
Azadlıq radiosu