Ukrayna əsirlərin dəyişdirlməsini təklif edir
Rusiya əsirliyində 700-ə yaxın Ukrayna əsgəri və minlərlə mülki şəxs var ki, onların da yarısı qadındır.
Bu barədə məlumatı Ukrayna baş nazirinin müavini İrina Vereşçuk milli telemarafonun efirində səsləndirib. O, elə Ukraynada da bu sayda əsir Rusiya hərbçisinin olduğunu bildirb.Bundan əvvəl Rusiya tərəfi təkcə mindən çox Ukrayna əsgərinin əsirlikdə olduğunu iddia etmişdi. Vereşçuk bildirib ki, Ukrayna əsir Rusiya hərbçilərini dəyişməyə hazırdır.
Tərəflər tez-tez bir-birilərini əsirlərin dəyişdirlməsi şərtlərini pozmaqda ittiham edirlər.
Beynəlxaql hüquq-müdafiə təşkilatları tərəfləri hərbi və mülki şəxslərin hüquqlarına əməl etməyə çağırırlar.
Rusiya əsgəri tərəfindən zorlandığı bildirilən qadını jurnalistlər danışdırıblar
“Azadlıq” radiosunun Ukrayna xidmətinin jurnalistləri təxminən bir ay Rusiya ordusunun nəzarətindəki kənddə yaşayan Svetlana (ad şərtidir-AR) ilə danışa biliblər. Qadın 19 yaşlı rus əsgəri tərəfindən zorlandığını bildirib.
Digər şəhərlər də atəşə tutulub, ölən və yaralananlar var
Ötən gecə Rusiya ordusu Ukraynanın Severodonetsk, Lisiçansk və Kremennaya şəhərləri də atəşə tutub. Bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Serhiy Qayday istinadla UNİAN xəbər verir. Onun sözlərinə görə, bir nəfər ölüb, daha üç nəfər yaralanıb, Bundan başqa Severodonetsk və Lisiçanskda qaz kəmərləri partlayıb.
Ukraynada həlak olan hərbçilərin sayı açıqlanıb
Rusiyanın Ukraynaya qarşı işğalı başlayandan bəri 2500-3000 arasında ukraynalı hərbçi həlak olub. Bunu CNN telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Azadlıq radiosu