Suriyada rejimin devrilməsi zamanın məsələsidir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı NATO-nun baş katibi Anders Foq Rasmussen Türkiyənin “TRT Haber” telekanalına müsahibəsində bildirib.
“Əsəd rejimi çoxdan legitimliyini və ölkə üzərində nəzarəti itirib. Əsəd rejiminin devrilməsi zamanın məsələsidir”, – o deyib.
Baş katibin sözlərinə görə, Türkiyə-Suriya sərhədində “Patriot” ZRK-nın yerləşdirilməsi İran və ya Suriya üçün heç bir təhlükə törətmir və onlara qarşı yönəlməyib. Onların yerləşdirilməsində məqsəd yalnız Türkiyənin mümkün təcavüzdən müdafiəsidir.