Milli Şuranın sədri, professor Cəmil Həsənli
Tofiq Yaqublunu bu fotosu 18 il ərzində İlham Əliyevin Azərbaycanda qurduğu “hüquq sistemi” və “hüquqi dövlətin” gercək sifətidir!
Tofiq bəy 25 gündür aclıq edən siyasi məhbus Saleh Rüstəmlinin azad edilməsi tələbi ilə bu gün keçirilmiş aksadan sonra başına gətrilənləri Yaqublu “Amerikanın Səsinə” belə nəql edib: “Fəvvarələr meydanına təzəcə daxil olan zaman polis tərəfindən saxlanıldım.
Məni tutub, döyə-döyə polis bölməsinə gətirdilər. Ora bandotdeldən xüsusi qrup gəldi. Məni ayrı otağa saldılar, əlimi qandalladılar, başıma torba keçirdilər. Möhkəm döydülər. Sonra da sürüyüb bir avtomobilə atdılar. Yolda yenə də döyməkdə davam etdilər. Yolun bir yerində sifətimin şəklini çəkib yuxarı göndərdilər, raport verdilər. Onlar da baxıb, xəsarətlərin ürəklərincə olmadığını, “təmiz deyil”, testdən keçmədiyini dedilər. Sonra yenə də bir körpünün altında avtomobildən saldılar, yenə də döydülər. Başımda torba olduğundan hara olduğnu müəyyən edə bilmirdim. Sonra gətirib bir çöllü-biyabanda atdılar. Nə yol, nə avtomobil, heç yer görünmürdü. Orada üstümə düşdülər ki, imtina edim, söz verim, kameraya danışım ki, bir daha mübarizə aparmayacam. Təbii ki, mən də bunları demədim. Sonra qollarıma vurduqları qandallar açılmırdı. Xeyli vaxt qandalların üzərində çalışdılar. Sonra, Mitsubishi
markarlı bir pikap avtomobil gəldi. Yenə torba başımda gətirib haradasa avtomobili saxladılar. Yenə tələblər irəli sürdülər. Axırda da gətirib Ələt qəsəbəsində avtomobildən düşürdülər“.
Yaqublu dəhşətli ağrılarının olduğunu bildirib. O, deyib: “Gözlərim görmür. Gərək baxmaq üçün göz qapağımı əllərimlə qaldıram. Əsasən üzümə, başıma, qollarıma, qılçlarıma, hara gəldi zərbələr endirdilər.”
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Tofiq Yaqublunun polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır. Yaxşı ki, Tofiq Yaqublu baş-gözü ilə polis idarəsini dağıtdığı, Mitsubushi markalı Pikap maşınına kəllə atdığı üçün bu vəziyyətə düşüb deməyib. Necə də həyasız rəislər var! Yəqin Tofiq Yaqublunun döyülmə çəkilişlərini İlham Əliyevə göndəriblər. Xüsusi intiqam qaydasında ylrtıcılıq onun xislətidir!