Bir neçə gün öncə şimaldakı Qunduz şəhərində şiə məscidinə hücumda 46 nəfər həlak olub və məsuliyyəti İslam Dövləti qruplaşması üzərinə götürüb.
Oktyabrın 15-də Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində şiə məscidində böyük partlayış baş verib. Talibanın sözçüsü cümə namazı vaxtı məsciddə xeyli sayda dindarın olduğunu bildirib.
Bilal Kərimi partlayışın böyük insan itkisinə səbəb olduğunu desə də detalları açıqlamayıb, istintaq getdiyini deməklə kifayətlənib.
Hücuma görə hələlik, məsuliyyəti götürən olmayıb.
Bir neçə gün öncə şimaldakı Qunduz şəhərində şiə məscidinə hücumda 46 nəfər həlak olub və məsuliyyəti İslam Dövləti qruplaşması üzərinə götürüb.
Yerli vilayət şurasının keçmiş üzvü Nemətulla Vəfa partlayışın İmam Bərga məscidində baş verdiyini, ağır itkilərə səbəb olduğunu deyib.
Qəndəharda mərkəzi xəstəxananın həkimi azı 7 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını söyləyib.
Talibanın Daxili İşlər Nazirliyinin sözçüsü Qari Seyid Xosti tvitində yazıb ki, partlayışda “xeyli sayda həmvətənimiz şəhid olub və yaralanıb”.
“İslam Əmirliyinin (Taliban Əfqanıstanı belə adlandırır) xüsusi qüvvələri insidentin xarakterini müəyyənləşdirmək və günahkarları məsuliyyətə cəlb etmək üçün əraziyə gedib”, – Xosti qeyd edib.
Azadlıq radiosu