İctimai fəal Bəxtiyar Hacıyev
❗️ Qarabağda erməni-rus təxribatları davam edir. Dünən Serj Sarkisyan və Bako Saakyan öz “döyüş yoldaşları” ilə Xocavəndə gəliblər. Rusməramlılar onları Amaras məbədinə qədər müşayiət ediblər (Füzuli-Şuşa yoluna 7-8 km yaxınlıqda)
Rusməramlılar Xocavənddə həm də 13-18 yaşlı erməni məktəbliləri üçün “gənc döyüşçü” kursları keçirlər.
Bir nəfərin heç kimlə məsləhətləşmədən, heç bir müzakirəsiz filansız atdığı imza ilə ölkəmizə xarici qoşunlar gətiriləndə belə də olmalı idi. Bu qoşunlar sülhməramlı missiyanı yox, işğalçılıq missiyasını həyata keçirirlər.
- 10 noyabr bəyanatı qanunsuz sayılmalıdır. (Buna kifayət qərər həm hüquqi, həm də siyasi əsaslar var. Bəyanat erməni tərəfdən icra da olunmur)
- Azərbaycan Laçın dəhlizini ən qısa zamanda öz nəzarətinə götürməlidir. Orada DSX və DGK postları qurulmalıdır. Əks halda Azərbaycan karvansaray kimi olacaq, kefi istəyən silah daşıyacaq, əsgər daşıyacaq, Sarkisyan və Saakyan kimi müharibə cinayətkarları daşıyacaq.
- Azərbaycan ən qısa zamanda Xankəndi üzərində nəzarəti, idarəetməni ələ almalıdır.
- Rusməramlıların yerləşdiyi ərazilərdən bir daha bizim mövqelərə atəş açılsa, parlament və hökumət, vətəndaş cəmiyyəti səviyyəsində Rusiyaya “nəzarət edə bilmirsənsə, çıx, nəzarət edə bilənlər gəlsin” mesajı verilməlidir.