Cənubi Azərbaycandan olan fəal Nağı Mahmudu
Etiraz dalğası Təbrizə çatdı; “Azərbaycan oyaqdır, Xuzistana dayaqdır”
Xuzistanda küçə etirazlarının başlanmasının onuncu günü ilə yanaşı bu gün, 24 İyul 2021-ci il tarixində “Təbriz” şəhəri, bu şəhərin vətəndaşlarının Xuzistan xalqına dəstəyi və hökümətin səmərəsizliyinə qarşı etiraz aksiyalarına şahid oldu.
Mədəni fəalların və İslam Respublikası müxalifəti Azərbaycan partiyalarının, Təbriz vətəndaşlarının, Xuzistan xalqının repressiyalarına cavab olaraq çağırışlarının yayımlanmasının ardından təşkil edilən bu etiraz mitinqində Azərbaycan türkcəsində “Azərbaycan oyaqdır, Xuzistana dayaqdır” şüarları səsləndirdilər və rejimin Xuzistan vətəndaşlarına münasibətini qınadılar.
Təbriz əhalisinin mitinqində Azərbaycana qarşı iqtisadi və mədəni ayrıseçkiliyə etiraz olaraq şüarlar da səsləndirildi. Təbrizi qadınlarının bu mitinqdə geniş iştirakı bu etirazların başqa bir görkəmi idi.
Ayrıca, Təbrizdəki etiraz mitinqindən sonra bu şəhərin vətəndaşları mitinq yerinə yaxın məhəllələrdə internetin kəsildiyini və elektrik enerjisinin kəsildiyini bildirdilər. Sosial şəbəkələrdə yayımlanan videolarda Təbrizin mərkəzi bölgələrində kəşfiyyat dronlarının uçuşu da göstərilir.
Təbrizdən Iranwire-ə göndərilən videolarda təhlükəsizlik qüvvələrinin Təbrizli vətəndaşların dinc mitinqinə hücum etdiyini və mitinq yerinin şiddət sahəsinə çevirdiyini göstərir. Sosial şəbəkələrdə yayımlanan fotolarda da bəzi Təbrizli vətəndaşların təhlükəsizlik qüvvələri tərəfindən döyülməsi nəticəsində yaralandıqları göstərilir.
Iranwire-ə gələn xəbərlərə görə, bu gün, 24 İyul 2021-də, Ərdəbil, Meşginşəhr, Urmiyə, Zəncan, Xoy, Mərənd və İranın bəzi başqa Türk şəhərləri ciddi bir təhlükəsizlik ortamının şahidi oldu. Təhlükəsizlik qüvvələri bu şəhərlərdə əsas meydanlarda geniş iştirak edərək etiraz mitinqlərinin meydana gəlməsinin qarşısını alıblar.
Ayrıca son günlərdə Təbriz, Urmiyə və Bostanabad şəhərlərində ən azı on bir mədəni fəal saxlanılıb. Eyni zamanda, təhlükəsizlik qurumları, müxtəlif Türk şəhərlərində onlarla keçmiş siyasi məhbusla əlaqə quraraq onlara izlənildiklərini və etiraz aksiyalarında iştirak edəcəkləri təqdirdə tutulacaqlarını söylədilər.
Bu yazı hazırlanana qədər tutulma səbəbləri və son günlərdə tutulan dörd məhbusun köçürüldüyü yer məlum deyil.