Nigar Həzi
Buta Airways- dən şok yenilik!
Artıq yeni qaydalar tətbiq edir.
Belə ki, müxalifətçilərə bu aviaşirkət vasitəsi uçuşlar illeqal olaraq qadağan edilir.
Keçən ayın sonlarında Seymurla bərabər Ankaraya səfər etmişdik. Biletlərimiz də Buta Hava Yollarından idi. Heç bir problem yaşanmadan biletimiz alınmışdı və problemsiz də gedib gəlmişdik.
Bu günlərdə isə nənəmin səhhəti qəflətən pisləşdi və artıq ölüm ayağındadır. Son nəfəsinə çatmaq üçün təcili Gürcüstana getməliyik. Quru sərhəd( onda da bir məntiq yox) bağlı olduğundan məcburən təyyarə ilə getməliyik. Ata şərlənərək, saxta ittihamla məsuliyyətə cəlb olunduğundan anasının yanına gedə bilmir. Bizə- Seymurla mənə isə Buta şirkəti- AZAL bilet satmır. Online bilet ala bilmirəm. 4-5 gün bundan qabaq Express Bankda olan hesabımla bu ayın 21-nə online bilet almaq istədim, ancaq alınmadı. Adımız ya aviaşirkət , ya da bank tərəfindən xüsusi işarələnmiş kimi qeyd edilir. Sonra aviakassada işləyən tanışıma dedim ki, bizə bilet alsın.
Sonra məlum oldu ki, bilet almaqda çətinlik çəkir. Səbəbini deyə bilmir, qorxur. Problemin Buta Hava Yollarıyla bağlı olduğunu deyir. Hiss edirəm ki, bizimlə bağlı xüsusi tapşırıq var və yuxarılardan təsdiq gözləyirlər.
Günlərdir biletin alinmasına dair təsdiq emaili göndərmir və suni şəkildə uzadır. Artıq 4 gündür bilet ala bilmirik.
İndicə bilet pulunu geri göndərdi.
Özüm online bilet ala bilmədiyim üçün ilk öncə banka getmişdim. Növbədə çox az adam olduğuna baxmayaraq məni düz saat yarımdan sonra qəbul etdilər. Əlbəttə ki, bankda da mənim gəlişimlə bağlı tədirginlik var idi. Mənə ne deyəcəklərini fikirləşirdilər. Növbəm “çatanda” isə dedilər ki, mən CVC kodunu səhv yığmışammış və buna görə də ödəniş edə bilməmişəm.
Əslində ölkədən çıxışa niyə qeyri-qanuni qadağa qoyulduğu bilirik. Seymurun Ankarada partiyalarla keçirdiyi görüşlərdən təşvişə düşüblər, Gürcüstana da bu məqsədlə getdiyimizi düşünürlər. Hər nə məqsədlə olursa olsun nə dəxli var? Bu nə özbaşınalıq?
Bizimlə bağlı tapşırığın daha yuxarılardan gəlməsi gün kimi aydındır. İndi bilet almaq üçün İlham Əliyevdən icazə almalıyıq?
Azerbaijan Airlines – AZAL, Buta Airways, nə baş verir? Bu məsələyə bəlkə aydınlıq gətirəsiniz?