Tacikistan-Qırğızıstan sərhədində yerli sakinlər və sərhədçilər arasında baş vermiş toqquşmada onlarla insan xəsarət alıb.
Aprelin 29-da baş vermiş insidentə görə tərəflər bir-birini ittiham edirlər.
Bu da xəbər verilir ki, mübahisəyə səbəb sərhəddə yerləşən supaylayıcı məntəqə olub.
Sakinlərlə hərbçilər arasında mübahisə aprelin 28-də başlayıb. Ertəsi gün tərəflər bir-birlərini atəş açmaqda ittiham ediblər.
“Qolovnoy” supaylayıcısı qurğusu Sovet İttifaqının 1960-cı illərində Qırğızıstanın sifarişi ilə tikilib.
Lakin Taciksitan rəsmniləri iddia edirlər ki, məntəqə Tacikistan ərazisindədir və həmişə onun istifadəsində olub.
Sovetdən qalma mübahisə
Supaylayıcı məntəqəyə yaxın kəndlərin sakinləri arasında münasqişələr ötən əsrin sonlarından başlayıb.
1974-cü ildə burada ilk silahlı üsyan qeydə alınıb.
Qırğızısatn tərəfi bildirr ki, qarşıdurma tacik tərəfi məntəqəyə müşahidə videokamerası qoyandan sonra qızışıb.
Supaylayıcı stansiyanın həyətinə 100-150 nəfər yığılıb. Onlar əvvəlcə bir-birlərini daşa basıblar.
AzadlıqRadiosunun Qırğız xidmətinin məlumatına görə bundan sonra atəş açılıb.
“Fergana” saytının yazdığına görə aprelin 29-da tərəflər arasında “əsl müharibə” başlanıb.
Hazırda hər iki tərəf vəziyyətin sabit olduğunu bildirir.
Özbəkistan təmkinə çağırır
Qırğızıstanda münaqişənin tənzimlənməsi üçün komissiya yaradılıb. Komissiyaya baş nazirin birinci müavini Artyom Novikov başçılıq edir.
Hadisə ilə bağlı yaxınlıqdakı qırğız kəndlərindən birinin qadın və uşaqları başqa yerə evakuasiya olunub.
Qırğızıstan prezidenti Sadır Japarov hökumət üzvləri ilə müşavirə keçirib və deyib ki, tərəflər arasında ümumi dil tapmaq mümkün olacaq. Bu arada Özbəkistan hökuməti tərəfləri təmkinə çağırıb.
Qırğızıstan və Tacikistan arasındakı sərhəd 970 kilometrdir. Lakin bunun yalnız 519 kilometri delimitasiya və demarkasiya edilib.
Sərhəd boyunca 70 mübahisəli sektor var və burada yerli sakinlər arasında su, örüş yerləri və torpaq sahələri üstündə tez-tez qarşıdurmalar baş verir.
Azadliq radiosu