Keçmiş birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun ev dustaqlığına buraxılması barədə verilən vəsatətə Bakı Hərbi Məhkəməsində baxılıb.
Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət təmin edilməyib.
General-leytenant Rövşən Əkbərov bu ilin martında həbs edilib. Onun həbsi barədə Baş Prokurorluq məlumat yayıb. R.Əkbərov Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Baş Prokurorluğun təqdimatına əsasən barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Müstəqil ekspertlər isə Rövşən Əkbərovun həbsinin arxasında başqa səbəbələrin dayandığını deyir.
Azadliq.info