Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Birinci Qarabağ Savaşının qəhrəmanı, Gədəbəyi erməni işğalından qorumuş Saleh Rüstəmlini Əli Kərimliyə siyasi məhbus ailələrinə yardım məqsədilə 3 il ərzində 3 min manat göndərdiyi üçün şərləyib həbs etmək, illərlə həbsdə cürütmək yetmədi, indi də ona qarşı iyrənc təxribat hazırlayırlar.
Saleh bəy heç bir suç sahibi olmadığı üçün əfv ərizəsi yazmaqdan imtina edir, ancaq Bayden administrasiyasının gələcək davranışlayını təxmin edən Azərbaycan hakimiyyəti onu azad etməli olduğunu yaxşı anlayır. Qarabağ qazimizi əfv ərizəsi yazmayacağı halda ailə üzvlərilə haqq-hesab çəkəcəkləri ilə hədələyiblər. Vəziyyət o həddə çatıb ki, Saleh bəyin böyük qardaşı Valeh Rüstəmli intihar edəcəyini bildirib.
Özünüz bu torpaq üçün yaxşı heç nə etməmisiz, bu millətin minillik sərvətlərinə yiyələnib həmin sərvətlərin halal sahiblərini aclığa, yoxsulluğa, səfalətə, çarəsizliyə məhkum etmisiniz.
Heç olmasa sinəsini düşmənə sipər edib Vətəni qoruyan igidlərə zülm verməyin!
Qorxun Allahdan!
Qorxun bu xalqın qisasından!