Rusiya prezidenti Vladimir Putin səhhətindəki problemlərlə bağlı təxirə saldığı səfərləri dekabr ayında gerçəkləşdirəcək.
Putin ilk səfərini dekabrın 3-də Türkiyəyə edəcək.
Rusiya prezidenti baş nazir Rəcəb Tayyip Ərdoğan və prezident Abdulla Gül ilə görüşdükdən sonra MDB dövlət başçılarının zirvə toplantısına qatılmaq üçün Aşqabada yola düşəcək.
Dekabrın 21-də Avropa Birliyi liderlərinin zirvə toplantısına qatılması gözlənilən V. Putin dekabrın 24-də Hindistana səfər edəcək.