Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov Gəncədə tikinti idarəsini “yox”a çıxarıb. Əldə etdiyimiz məlumata görə, həmin idarənin ərazisi Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun oğlu Məhəmməd Sadıqovun adına rəsmiləşdirilib.
Bununla bağlı əlimizdə dövlət aktı da var. 2006-cı il 22 fevral tarixli həmin dövlət aktı Kəpəz bələdiyyəsinə məxsusdur. Sənəddən aydın olur ki, tikinti idarəsinin ərazisi boş torpaq sahəsi kimi 12 min manata Məhəmməd Sadıqovun adına keçirilib.
Məlumatlara görə, Nəcməddin Sadıqov həmin ərazini çoxdan ələ keçirmək istəyirmiş. Lakin tikinti idarəsini özəlləşdirmək baha başa gəldiyindən Kərəm Həsənovla danışıqlar apararaq, idarəni “yox”a çıxarıb.
Məlumatlara görə, Gəncə-Samux yolunun kənarında, “N” saylı hərbi hissəyə yaxın yerdə yerləşən həmin ərazidə inşaat bazarı tikilib. Hazırda həmin bazar fəaliyyətdədir.
Azad