Rüfət Səfərov
Niyaməddin Əhmədov. Mən onu şəxsən tanıyıram, əminəm ki, vətənpərvər, torpağına, dövlətinə, ideyalarına sadiq, məsuliyyətli vətəndaşdır. AXCP sədri Əli Kərimlinin ictimai əsaslar üzrə mühafizəçisidir. O, 2019-cu ilin 19 oktyabrında təşkil olunmuş dinc mitinqdə Əli bəyi sonadək mühafizə etdiyinə görə hökümətin qara siyahısına düşdü.
Ümumiyyətlə, aktiv ictimai-siyasi işlə məşğul olmayıb. Sadəcə, göstərdiyim kimi, həmin mitinqdə sədrinin yanından bir neçə dəfə rejimin polisləri tərəfindən oğurlansa da macal tapıb, yenidən liderinin mühafizəsinə qoşulub, öz üzərinə düşən qanuni öhdəliyi icra edib.
Belədə bu hökumətin əsəbləri tarıma çəkilməsin, sinirlənməsin, daha da qəddarlaşmasın, bəs nə etsin?!
Axı amansız polis rejimidir! Özü də vətəndaşını heçə sayan polis rejimi…
Bəli, Niyaməddin bəy həbs olundu: gözlənildildiyi kimi.
Əvvəlcə qurama ittiham irəli sürüldü, CM-in 214-1 (terroru maliyyələşdirmə)-ilə təqsirləndirildi, barəsində həbs qətimkan tədbiri seçildi.
Dünən məlumat yayıldı ki, Əli Kərimlinin həbsdəki mühafizəçisinə yeni ittihamlar elan edilib.
İnanın, dostlar, tam dəqiq məlumatdır: dəyərli ziyalı, Hacı Tale Bağırzadəyə tətbiq olununan dəhşətli işgəncə ilə müqayisə oluna biləcək tərzdə Niyaməddin bəyə zülm veriblər.
Bu da bəs etmədi.
KİV-in ( Azadlıq radiosu) əldə etdiyi məlumata görə, yanvarın 19-da N.Əhmədova CM-in 233-1 (Qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) və 281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlar) maddələri ilə əlavə ittihamlar elan edilib.
Bu hərəkətləri birbaşa icra edən penitensiar xidmət, polis, prokurorluq, məhkəmə və s. hakimiyyətin zor əsaslarını qoruyan orqanları qoyuram bir tərəfə… Bilavasitə hökumətin hüquq siyasətini müəyyən edən vəzifəli şəxslər, ələlxüsus da Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, bu və buna bənzər qanunazidd məsələləri nəzarətinizə götürün.
Bu günün sabahı da var.
Vallah, var.
Məni tanıyanlar bilir ki, qisasçılığa ikrahla yanaşıram.
Fəqət bəzilərinizin yaxası haqqı pozulan köməksiz insanların, əsəbi xalq nümayəndələrinin əlinə keçsə, əmin olun, faciəli mənzərə olacaq.
İlk fürsətdə!