Tale Bağırzadə Türkiyə dövlətinə təşəkkür etdi:
” Bütün bu acı olaylar, günahsız şəhid olan dinc vətəndaşlarımız, yaralanan sakinlərimizin yaşadığı məşəqqət bütün müsəlman dünyasının susqunluq və laqeydlik səbəbindən gerçəkləşir. Seyirçi mövqe hələ nə qədər müsəlmanın ölümünə səbəb olmalıdır ki, müsəlman dövlətləri buna etiraz etsinlər? Bu gün birlik və bərabərlik, sabah hər bir müsəlmanın, azadlıq və haqq sevənlərin müdafiə təminatçısı ola bilər.
Sonunda göstərdiyi yardım və çətin anlarda xalqımızın yanında olduğu üçün qardaş Türkiyə dövlətinə minnətdarlığımızı bildiririk. Savaşçı şanlı əsgərlərimiz var və torpaqlarımız azad olsun inşallah!
Qobustan Həbsxanası.
17.10.2020.”